MƏKTƏBİN IX SİNİF VALİDEYNLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

   21 iyunda 17 nömrəli tam orta məktəbin IX sinif valideynləri ilə görüş keçirildi.Görüşdə məktəbin direktoru Nazilə Əliyeva,TT işləri üzrə direktor müavini Bəturə Sanıyeva,məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Tahir Həmzəyev və azərbaycan,rus bölməsinin valideynləri iştirak edirdilər.Görüşdə çıxış edən məktəbin direktoru Nazilə Əliyeva 2024-2025–ci tədris ilində IX siniflərdə 243 şagird təhsil almış, onlardan 19 nəfəri qırmızı attestata layiq görülmüşdür.AR Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş ,,Uşaqların(şagirdlərin)ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydası”na əsasən şagirdlərin X sinifə qəbulu onların ümumi orta təhsil haqqında sənədini- attestatını aldıqları vaxtdan növbəti tədris ili başlayanadək necə həyata keçirilməsi haqqında ətraflı məlumat verərək, valideynləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi