“1 İYUN - UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ”NƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

    30 mayda məktəb həyətində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirildi.Tədbirdə I-IV sinif şagirdləri,sinif müəllimləri və şagirdlərin valideynləri iştirak etdilər.Məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək uşaqların cəmiyyətin gələcəyi olduğunu vurğuladı və onların hüquqlarının qorunmasının önəmindən bəhs etdi.Şagirdlər öz bacarıqlarını nümayiş etdirərək tədbirə rəng qatdılar.Tədbirdə şagirdlər məktəbin həyətyanı sahəsində rəngarəng musiqilər, mahnılar ifa edib, birlikdə rəqs etdilər.Bu cür tədbirlər uşaqların maarifləndirilməsi, mədəni inkişafı və hüquqlarının tanınması baxımından mühüm əhəmiyyət daşıyır.Bütün şagirdlərə, valideynlərimizə, müəllimlərə, xalqımıza, dünyamıza əmin-amanlıq, sülh, xoş günlər nəsib olsun.Bayramınız mübarək əziz usaqlar!.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi