“BULLİNQ” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SEMİNARLAR KEÇİRİLİB

 22-25 noyabr tarixlərində 17 nömrəli tam orta məktəbdə bullinq və onun qarşısının alınması istiqaməti üzrə 7-8-ci sinif şagirdləri ilə “Bullinq” mövzusunda siniflərdə maarifləndirici seminarlar keçirilib.

Seminarda çıxış edən Uşaq birliyi rəhbəri Nərmin Cəlilova sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaq, müəyyən həll yollarını göstərmək məqsədilə keçirilən təqdimatda bullinqin mənası, onun hansı növləri və kimlərin bullinq riski altında olduğu haqqında məlumat verib.

Layihə çərçivəsində keçirilən bu kimi maarifləndirici seminarlar zamanı hədəf qrupuna daxil olan şəxslərin mövzu ilə bağlı geniş məlumatlar əldə etmələri və onların həmin məlumatları öz yaxınları və tanışları ilə bölüşmələri qeyd edilib.

Qarşılıqlı diskussiya şəraitində keçən seminarda şagirdləri maraqlandıran suallara cavab verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev çıxışında qeyd edib ki, fiziki və psixoloji zorakılıq halları ilə qarşılaşsanız məktəb rəhbərliyi və etibar etdiyiniz müəllimlərə müraciət edərək kömək istəyə bilərsiniz. Həmçinin bullinq törədən tərəfi sülh yolu ilə bu əməlindən daşındıra biləcəkləri barədə də məlumatlandırıb.

Sonda “Mənimlə danış” kampaniyası çərçivəsində xüsusi maarifləndirici sosial videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi