"İRSİ XƏSTƏLİKLƏR" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ

 15 noyabrda məktəbdə "İrsi xəstəliklər” mövzusunda 8 "E” sinif şagirdləri ilə biologiya müəllimi Tahir Həmzəyev tərəfindən seminar-dərs keçirilmişdir. Seminar–dərs zamanı "İrsi xəstəliklər”in (hemofiliya, talassemiya, şəkərli diabet və s.) — ana və atadan uşağa xromosom və genlər səviyyəsində irsi olaraq ötürülməsi haqqında şagirdlərə geniş məlumat verildi. Hazırlanmış prezentasiya və videoçarxlar şagirdlər tərəfindən maraqla qarşılandı. Seminar-dərsdə müzakirələr aparıldı, fikir mübadiləsi edildi.

Sonda şagirdlər öz çıxışlarında "İrsi xəstəliklər”in insan orqanizminə vurduğu zərərlərdən danışdılar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi