ŞAGİRDİMİZ "ÖLKƏMİZİ TANIYAQ" TUR-AKSİYASINDA İŞTİRAK EDİR

 Xətai rayonunda yerləşən Heydər Əliyev adına parkda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak edən məktəblilərin təntənəli yolasalma mərasimi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Milli Qəhrəman Möhsün Məmmədov, icra hakimiyyəti aparatının məsul şəxsləri, orta məktəblərin direktorları rayonun mədəniyyət kollektivləri iştirak edirdilər.

Bu tur aksiyada 17 nömrəli tam orta məktəbin 9 ”E” sinif şagirdi Nərmin Ismayılova iştirak edirdi. Tur-aksiya iştirakçıları, rayon rəhbərliyi və qonaqlarla birlikdə Ulu Öndərin abidəsini ehtiramla ziyarət edib önünə tər-çiçək dəstələri qoydular. Sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, dövlət başçısının tövsiyyəsi ilə həyata keçirilən bu layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyəti var. Bu tədbir xalqımızın gələcək nəsillərinin daha sıx birləşməsinə, Vətəni daha böyük şövqlə sevməyə, xalqımızın əsrlərlə əldə etdiyi milli-mədəni dəyərlərə, yaratdığı tarixi abidələrə, bu günə çatdırdığı adət-ənənələrə daha böyük qayğı və ehtiramla yanaşmağa sövq edəcək. Bu gün məktəblilərimiz öz iqtisadi inkişafı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutan Gəncə-Şəmkir-Göygöl rayonlarına səfər edəcəklər. İnanıram ki, məktəblilərimiz zəngin təəssüratla qayıdacaqlar.

 Tədbir rayonun gənc incəsənət ustaları, rəqs qrupları, musiqiçilərinin ritmik musiqi nömrələri ilə davam etdi.

 Daha sonra şagirdlər onlar üçün ayrılan xüsusi avtobusla Dövlət Yol Polisi avtomobilinin müşayiəti ilə Gəncə şəhərinə yola düşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi