12 NOYABR AR “KONSTİTUSİYA GÜNÜ” VƏ 17 NOYABR “MİLLİ DİRÇƏLİŞ GÜNÜ” MÜNASİBƏTİLƏ MÜHAZİRƏ TƏŞKİL EDİLDİ

    12 noyabrda AR “Konstitusiya Günü” və “Milli Dirçəliş Günü”nə həsr olunmuş mühazirə məktəbin tarix müəllimi Samirə Soltanəliyeva tərəfindən təşkil edilmişdir. Mühazirədə 17 nömrəli tam orta məktəbin 7 ”Ç” və 8 ”B” sinif şagirdləri iştirak edirdilər. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalq öz seçimini etdi. Xalqın hakimiyyətə dəvət etdiyi Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatların respublikamızı inkişaf yoluna çıxarmağından, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğundan danışıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi