9 NOYABR-DÖVLƏT BAYRAĞI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

    8 noyabrda 17 nömrəli tam orta məktəbdə 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət Bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib. Bu məqsədlə, musiqi müəllimi Sevinc Ramazanova və sinif müəllimi Nigar Xanəliyevanın rəhbərliyi ilə rus bölməsinin 3 ”Ç”, 9 ”A” sinif şagirdlərinin iştirakı ilə “Bir dəfə yüksələn Bayraq, bir daha enməz” adlı tədbiri təşkil edilmişdir.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başlamış, şagirdlərin çıxışları ilə davam etmişdir.

    Tədbir zamanı şagirdlər mövzu ilə bağlı şeir söyləmiş, mahnı ifa etmiş, milli rəqslərimizi nümayiş etdirmişlər.

    Tədbirdə məktəbin direktoru Nazilə Əliyeva, direktor müavinləri, müəllimlər və valideynlər iştirak etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi