“DÖVLƏT BAYRAĞI GÜNÜ” MÜNASİBƏTİ İLƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLDİ

    5, 6 və 8 noyabr tarixlərində “Dövlət Bayrağı” gününə həsr olunmuş bir sıra silsilə tədbirlər təşkil edilmişdir. Beləki bütün siniflərdə ilk dərslər ,sinif təşkilatı saatları keçirilmiş, məktəb foyesində ədəbiyyat müəllimi Kəmalə Zamanovanın təşkilatçılığı ilə təqdimatlar, videoçarxlar nümayiş etdirilmiş və şeirlər söylənmişdir. Məktəbin ədəbiyyat müəllimi Şəbnəm Babayevanın rəhbərliyi və 6 “G” sinif şagirdlərinin iştirakı ilə “Bayraq mənliyimdir” mövzusunda seminar-dərs keçirilmişdir. Dərs zamanı şagirdlər mövzu ilə bağlı şeirlər söyləmiş, hazırladıqları referatları təqdim etmişlər. Sinif müəllimi Vüsalə Nurməmmədzadənin rəhbərlik etdiyi 4 “D” sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında tədbir təşkil edilmişdir. Tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi