"ŞAHMAT” İDMAN YARIŞI ÜZRƏ XƏTAİ RAYON BİRİNCİLİYİNDƏ MƏKTƏB KOMANDASI UĞURLA ÇIXIŞ ETDİ

    05-06 noyabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə məktəblər arasında Respublika çempionatının proqramına daxil olan "Şahmat” idman növü üzrə Xətai rayon birinciliyi keçirildi. Məktəb komandası bu idman yarışlarında uğurla çıxış edərək III yerə layiq görüldü. Bu turnirdə məktəb komandasının üzvləri: Hacızadə Murad 2 "A”, Abdullayeva Nəsrin 2 "A”, Şərifov Tariyel 3 "A”, Ərəbzadə Nigar 3 "B”, Əhmədzadə İsmayıl 4 "B” və Hacıyeva Aysel 4 "C” öz fəal iştirakı ilə yadda qaldı və komanda üzvləri diplomlarla təltif edildi. Məktəbin direktoru Nazilə Əliyeva məktəbin komandası ilə görüşərək onları təbrik etdi və gələcəkdə daha böyük uğurlar qazanmağı arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi