"BAYRAQ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ RƏSM MÜSABİQƏSİ TƏŞKİL EDİLDİ

    Məktəbimizin V, VI, VII, VIII və IX sinif şagirdləri arasında "Bayraq Günü”nə həsr olunmuş rəsm müsabiqəsi təşkil edilmişdir. Görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadənin müəllifi olduğu “Türkçülük, islamçılıq və müasirlik” düsturu milli istiqlal ideologiyamızın təməl prinsiplərindəndir. Bayrağımızdakı rənglər bu prinsipləri ifadə edir. Məktəbimizin V-IX sinif şagirdləri bu rənglərin mənasını çox gözəl anlayaraq üçrəngli bayrağımızı tərənnüm edən rəsmlərdən ibarət sərgi təşkil ediblər.

    Şagirdlərimizin böyük sevgi ilə hazırladıqları rəsmlər "Bayraq Günü” ərəfəsində məktəbin foyesini və sinif otaqlarını bəzəyib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi