MƏKTƏBDƏ "MÜTALİƏ AYLIĞI”NA AİD YEKUN TƏDBİR KEÇİRİLDİ

    01 noyabrda məktəbdə "Mütaliə aylığı”na aid yekun tədbir keçirildi. Ədəbi-bədii kompozisiya 3 "Ç” sinif şagirdlərinin iştirakı və sinif müəllimi Nigar Xanəliyevanın rəhbərliyi ilə təşkil edilmişdir. Bədii kompozisiyada şagirdlərin ifasında rus şairi A.S.Puşkinin milli nağılları əsasında hazırlanmış səhnəcik və şeirlər səsləndi.

    Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Balaca fidanların hazırladığı kompozisiya gözəl tərtibatı və maraqlı səhnə dekorasiyası ilə seçilirdi. Məktəbin istedadlı şagirdlərinin təqdim etdiyi kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənildi. Tədbirin sonunda məktəb direktoru Nazilə Əliyeva balaca fidanları təbrik edərək onlara uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi