İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏKTƏBDAXİLİ MÜSABİQƏ KEÇİRİLDİ

    29 oktyabrda məktəbdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş müsabiqə keçirildi. BŞTİ-nin fəaliyyət planına uyğun olaraq "Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi IX-XI sinif şagirdlərinin mütaliə vərdişlərini, bədii, obrazlı məntiqi təfəkkürünü, tədqiqat aparma bacarıqlarını inkişaf etdirməklə bərabər, istedadlı, yüksək düşüncə və təhlil qabiliyyətinə malik şagirdlərin üzə çıxarılmasına xidmət edir. Məktəbdaxili müsabiqədə 9 "D” sinif şagirdi Zeynalova Telli Rəşad qızı iştirakçılar arasında I yeri tutaraq rayon mərhələsinə vəsiqə qazandı. Sonda məktəbin direktoru Nazilə Əliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi