"MÜSTƏQİLLİK GÜNÜ”NƏ HƏSR EDİLMİŞ TƏDBİRLƏR KEÇİRİLDİ

1991-ci il 18 oktyabrda Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmuşdur. Elə həmin vaxtdan 18 oktyabr “Müstəqillik günü” kimi qeyd olunur. Bu məqsədlə məktəbdə silsilə tədbirlər keçirilmişdir. VII-X sinif şagirdləri arasında rəsm və referat müsabiqəsi, 2 "Ə”, 3 "Ə”, 3 "D”, 4 "A”, 4 "C”, 4 "D” siniflərində sinif müəllimləri tərəfindən açıq təşkilat saatları təşkil edilmişdir.

18 oktyabrda 5 "E", 6 "Ç”, 7 "Ç”, 9 "E” sinif şagirdlərinin iştirakı ilə ədəbiyyat müəllimi Pur-Rıza Sevincin rəhbərliyi ilə “Azərbaycan Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş tədbir təşkil edilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış, şagirdlərin ifasında mahnı və şeirlərlə davam etmişdir.

Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva bu günün tarixi haqqında danışmış, xoş arzu və istəklərini dilə gətirmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi