"MÜƏLLİMLƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

04 oktyabrda məktəbdə “Müəllimlər günü”nə həsr edilmiş tədbir təşkil olunmuşdur. Tədbir musiqi müəllimi Nərgiz Quliyeva, riyaziyyat müəllimi Əntiqə Kərimovanın rəhbərliyi və məktəb valideyn komitəsinin təşkilatçılığı ilə VII "D”, VII "E”, VIII "E”, VIII "Ə”, IX "E” və XI "Ç” sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Mərasimdə çıxış edənlər müəllimlik peşəsinin şərəfli peşə olduğu üçün bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini qeyd ediblər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər. Tədbirdə məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək, müəllim kollektivini təbrik etmiş, xoş arzularını dilə gətirmişdir.

Daha sonra şagirdlər mövzu ilə bağlı şeirlər, mahnılar söyləmiş, rəqslər nümayiş etdirmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi