MƏKTƏB VALİDEYNLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

     27 sentyabrda məktəb rəhbərliyinin iştirakı ilə valideyn komitə sədrlərinin görüşü keçirildi. Bu görüşdə I-XI sinif valideyn komitə sədrləri iştirak edirdilər. Məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək 2019/2020-ci tədris ilində qarşıda duran vəzifələr, görüləcək işlər barədə ətraflı məlumat verdi. Sonra məktəbdə fəaliyyət göstərən "Məktəblinin dostu” layihəsinin əməkdaşları bu layihə haqqında məlumatla çıxış etdilər. Müzakirələr aparıldı, fikir mübadiləsi edildi. Valideynləri maraqlandıran suallara ətraflı cavab verildi. Sonda isə məktəbin valideyn komitəsinin tərkibi seçildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi