MƏKTƏBDƏ "BİLİK GÜNÜ” KEÇİRİLDİ

16 sentyabrda paytaxtın ümumi təhsil məktəblərində olduğu kimi 17 №li tam orta məktəbdə də “Bilik günü” qeyd olunub. Tədbirdə məktəb müdiriyyəti, valideynlər, şagirdlər və BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin müdiri Züleyxa Ələkbərova iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan işlərdən, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından söz açdı. “Bilik günü”ndə iştirak edən qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara nailiyyətlər arzuladılar.

2019-2020-ci tədris ilində ilk dərs məşğələləri I-IV siniflərdə "İdman və sağlamlıq”, V-IX siniflərdə "Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə "Azərbaycan inkişaf yollarında” mövzularına həsr olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi