Məktəbimiz Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etdi

22-23 iyul tarixlərində Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində həyata keçirilən Olimpiya Mədəniyyəti və Təhsil Proqramının “Olimpiya Mədəniyyətinin və İdman guşəsi”ndə məktəbimizin şagirdləri ingilis dili müəllimi Mirzəliyeva Aynurənin və fiziki tərbiyə müəllimi Əkbərov Vasifin rəhbərliyi altında qardaşlaşmış olduqları Şimali Makedoniya Respublikasını yüksək səviyyədə təmsil etdilər.Tədbir zamanı şagirdlər öz pavilionlarında Şimali Makedoniya Respublikasının milli mətbəxini, ənənələrini bütün qonaqlara nümayiş etdilər. Şagirdlərimizin müxtəlif ölkələrdən gəlmiş turist və idmançılara xatirə olaraq özlərinin hazırladıqları “Dostluq bilərzikləri”ni hədiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi