"SON ZƏNG” TƏDBİRİ KEÇİRİLDİ

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalındı.

14 iyunda ənənəvi olaraq təntənəli şəkildə məktəbdə Son zəngqeyd olundu. Tədbirdə valideynlər, müəllimlər, məktəbin ilk məzunları, ictimaiyyət nümayəndələri, məktəb məzunları iştirak etdilər. “Son zəngtədbiri Azərbaycanın himni ilə açıq elan olundu. Giriş sözü ilə məktəbin direktoru Nazilə Əliyeva çıxış etdi. O, çıxışında məzunlara gələcək həyatlarında uğurlar arzu edərək, dövlətimizə layiqli vətəndaşlar olmağı tövsiyyə etdi. Tədbirdə BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin əməkdaşı Dilbər Məmmədova və məktəbin 1989-cu il məzunları adından Arzu xanım da çıxış edərək məzunları xoş sözlərlə salamladı və onları təbrik etdi.

Sonra sinif rəhbərləri, müəllimlər və valideynlər çıxış etdilər. Söz 11-cilərə verildi. Məzunlar məktəb rəhbərliyinə və müəllimlərə təşəkkürlərini bildirdilər. Siniflər növbə ilə hazırladıqları rəqs nömrələrini təqdim etdilər. 2018-2019-cu tədris ilində müxtəlif sahələrdə fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundular.

Sonda məktəbin həyətində məzunların sayına uyğun olaraq, havaya şar buraxıldı. Məktəb şagirdlərinin ifasında mahnılarla tədbir sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi