"BALACA FİDANLAR”IN HESABAT TƏDBİRLƏRİ KEÇİRİLDİ

07-11 may tarixlərində məktəbdə 1"Ç” sinif müəllimi Nigar Canıyeva, 1"Dsinif müəllimi Səidə Abdullayeva və 1"C” sinif müəllimi İradə Seyfəliyevanın rəhbərliyi və  sinif şagirdlərinin  iştirakı ilə sinif hesabat tədbirləri keçirildi. Tədbirlərdə BŞTİ-nin əməkdaşı Fərman Abdullayev, məktəbin müdiriyyəti, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Balaca fidanlar böyük həvəslə, səhnəciklər qurub, şeirlərlə, mahnılarla çıxış edərək bütün tamaşaçıların rəğbətini qazandılar. Uşaqlar oxumaqla yanaşı, adət-ənənələrimizi də necə gözəl öyrəndiklərini nümayiş etdirdilər. Ümid edirik ki, bu ilin birinciləri təhsil pillələrini uğurla qalxacaq, ölkəmizin adını yüksəklərə qaldıraraq gələcəyin maarifpərvər ziyalılarından olacaqlar.

             Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva şagirdləri təbrik etdi, onlara xoş məktəb illəri, Vətənimizə layiqli övlad olmaqlarını arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi