BALACA FİDANLAR "N" SAYLI HƏRBİ HİSSƏDƏ EKSKURSİYADA OLDULAR

         7 iyunda məktəbin AR Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan 3"D” sinif şagirdləri sinif müəllimi Məhsəti Rəhimovanın rəhbərliyi ilə "N” saylı hərbi hissədə ekskursiyada oldular. Tədbir iştirakçıları əvəlcə "N” saylı hərbi hissədə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına tər qərənfillər düzərək dərin hörmətlə ziyarət etdilər. Sonra isə  "N saylı hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış oldular.  Balaca fidanlar hərbi hissənin şəxsi heyətini 26 iyun-Silahlı Qüvvələr günü münasibətilə  səmimi qəlbdən təbrik edərək, onlar üçün Vətənə, torpağa əsgərə həsr olunmuş şeirlər səsləndirərək onlara möhkəm can sağlığı, bu şərəfli işlərində uğurlar arzuladılar. Məktəblilər bu gəzintidən xoş təəssüratlarla ayrılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi