"ƏLVİDA, İBTİDAİ SİNİF !” ADLI MUSİQİLİ ƏBƏDİ- BƏDİİ KOMPOZİSİYA KEÇİRİLDİ

        7 iyunda məktəbdə Mehriban Hacıyevanın rəhbərlik etdiyi 4 "C” sinif şagirdləri "Əlvida, ibtidai sinif!” adlı musiqili əbədi-bədii kompozisiya ilə məktəb müdiriyyəti, müəllimlər, valideynlər və şagirdlər qarşısinda çıxış etdilər. Gözəl tərtibat verilmiş səhnədə kiçikyaşlı məktəblilər şeir, mahnı və səhnəciklərlə öz bacarıqlarını nümayiş etdirdilər. Maraqlı bir təqdimatla yadda qalan bu məktəblilərin söylədikləri şeirlər, səsləndirilən mahnılar hər bir izləyicini ötən xatirələrə qovuşdurdu. Sonda  məktəbin direktoru Nazilə Əliyeva uşaqları təbrik edərək, onlara gələcəkdə yeni təhsil nailiyyətləri arzuladı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi