MƏKTƏBDƏ "İNGİLİS DİLİ”AYLIĞINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

4 iyunda məktəbdə “İngilis dili aylığı” çərçivəsində "Biz bir dünyayıq” adlı tədbir keçirildi. Tədbir ingilis dili müəllimlərinin rəhbərliyi və 5"B”, 6"A”, 6"B”, 6"D” 7"A”, 7"C” sinif şagirdlərinin iştirakı ilə təşkil edilmişdir. Tədbirdə məktəb rəhbərliyi, direktor müavinləri və ingilis dili müəllimləri iştirak edirdilər. AR Dövlət Himni səsləndirildikdən sonra məktəb şagirdləri multikulturalizmdən danışaraq, müxtəlif millətlərin mədəniyyətini təqdim edərək,  ingilis dilində şeirlər, mahnılar səsləndirdi, tamaşalar nümayiş etdirdi. Məktəblilərin çıxışlarından sonra məktəbin direktoru Nazilə Əliyeva tədbirin rəngarəng hazırlanmasına görə təşkilatçı müəllimlərə təşəkkür edib. Böyük maraqla izlənilən tədbirin şagirdlərin xarici dillərə olan marağının artmasına təkan verdiyini bildirdi. O, hər il məktəbdə silsilə tədbirlərin təşkil edildiyini və bunun şagirdlərin ictimai fəallıqlarına, xüsusilə səhnə mədəniyyətlərinin formalaşmasına, sərbəst olmalarına müsbət təsir etdiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi