MƏKTƏBDƏ AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ GÜNÜNƏ HƏSR OLUNMUŞ HƏRBİ-İDMAN YARIŞLARI KEÇİRİLDİ

04 iyunda məktəbdə "AR Silahlı Qüvvələri Günü”nə həsr olunmuş tədbir keçirildi. Məktəbin hərbi müəllimi Səbuhi Zamanovun təşkilatçılığı ilə X-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar arasında hərbi-idman yarışları 6 mərhələdən  ibarət idi. Şagirdlər sıra addımı,sıra hazırlığı,fiziki hazırlığı, avtomatın yığılıb sökülməsi, darağa patron doldurulması və boşaldılması, mülki müdafiə hazırlığı mərhələləri üzrə mübarizə aparıb öz güclərini sınadılar. Bu yarışın keçirilməsində əsas məqsəd şagirdlərin hərbi sahəyə marağının artırılması, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və gəncləri ordu sıralarına  xidmətə hazırlamaqdır. Tədbirdə məktəb müdiriyyəti, müəllimlər və şagirdlər iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi