ZİRƏ MƏDƏNİYYƏT MƏRKƏZİNƏ EKSKURSİYA TƏŞKİL EDİLDİ

         31 mayda 3”Ə” sinif şagirdləri paytaxtdan kənarda yerləşən Zirə Mədəniyyət Mərkəzinin Eko-parkında ekskursiyada olmuşlar. Sinif rəhbəri Vüsalə müəllimə tərəfindən təşkil edilmiş bu gəzinti şagirdlərdə böyük maraq doğurmuş, müxtəlif elmi məlumatlar əldə edərək bilik və dünyagörüşlərini artırmışlar. Şagirdlər Mədəniyyət Mərkəzində  tropik bitkilərlə tanış olmuş, xalça muzeyində xalçalarımızın tarixi haqqında məlumat əldə edərək, xalça toxunması prosesində iştirak etmişlər. Şagirdlərin ən çox diqqətini çəkən isə ümummilli lider H.Əliyevin şüşədən hazırlanmış büstü olmuşdur. Büst bir sənət əsəri kimi şagirdlərdə qürur hissi oyatmışdır. Sonda onlar şeirlər söyləyərək xatirə şəkilləri çəkdirmişlər. Məktəblilər bu gəzintidən xoş təəssüratlarla ayrılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi