BİRİNCİLƏRİN HESABAT TƏDBİRİ KEÇİRİLDİ

           Məktəbdə tədris ilinin sona yetməsi ilə əlaqədar olaraq 1"G” sinif müəllimi İntizar Nəsrəddinova və 1"B” sinif müəllimi Aytən Mütəllimovanın təşkilatçılığı ilə birincilərin hesabat tədbiri təşkil edilmişdir. Bu tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayaraq, bütün şagirdlərin və valideynlərin yaddaşına maraqlı, yadda qalan bir gün kimi həkk olundu. Birincilər ilk dəfə səhnədə tamaşaçılar qarşısında çıxış edirdilər. Uşaqlar oxumaqla yanaşı, adət-ənənələrimizi də necə gözəl öyrəndiklərini nümayiş etdirdilər. Ümid edirik ki, bu ilin birinciləri təhsil pillələrini uğurla qalxacaq, ölkəmizin adını yüksəklərə qaldıraraq gələcəyin maarifpərvər ziyalılarından olacaqlar. Bu yolda onlara uğurlar arzulayırıq!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi