"1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ"NƏ HƏSR OLUNMUŞ YARIŞ KEÇİRİLDİ

"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" ilə bağlı məktəbdə ,,Dördnövçülük” idman növü üzrə yarış keçirilmişdir. Məktəbin 3"B”, 4"A”, 4"B“, 4"C”, 4"Ç”, 4"D”, 4"E” siniflərindən seçilən 5 nəfərdən ibarət komandalar arasında keçirilən yarışlar idman müəllimləri tərəfindən təşkil edilmişdir. Bu yarışmada şagirdlər fiziki güc və bacarıqlarını nümayiş etdirərək, qələbə uğrunda mübarizə aparırdılar. Yarışmaarası müddətdə şagirdlər öz musiqi təqdimatları ilə iştirakçılara dəstək oldular. Oyun sağlam rəqabət əsasında keçirilirdi.Sonda münsiflər heyətinin qərarına əsasən 4"A” sinif komandası I yerə, 4"E”sinif komandası IIyerə və 3"B” sinif komandası isə III yerə layiq görüldülər. Məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları təbrik etdi, onlara ən səmimi arzularını bildirərək qalib komandaları diplom və medallarla təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi