"İNSAN HÜQUQLARI AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR KEÇİRİLDİ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamına əsasən, hər il 18 iyun tarixi respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan edilmişdir.

“İnsan hüquqları aylığı” çərçivəsində məktəbdə sinif təşkilatı saatları, seminar-dərs, söhbətlər və müzakirələr aparılmışdır. Bu aylığın  əsas məqsədi insan hüquqlarını, hüquq bərabərliyini şagirdlər arasında təbliğ etmək, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

               Mayın 31-də məktəbin 9"A” sinif şagirdləri ilə seminar- dərs məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyev tərəfindən keçirilmişdir. Şagirdlərə "İnsan hüquqları” haqqında  geniş məlumat verilmiş və  onları maraqlandıran suallar cavablandırılmışdır.Azərbaycanda insan hüquqları və azadlıqlarının bərpa olunması, inkişaf etdirilməsi siyasəti Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi