“VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ” LAYİHƏSİNİN 2-Cİ MƏRHƏLƏSİ HƏYATA KEÇİRİLDİ

         Mayın 31-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsinin 2-ci mərhələsi həyata keçirildi. I-XI sinif şagirdlərinin valideynləri ilk öncə məktəbin foyesində növbətçilər tərəfindən qarşılandı və məktəbin akt zalında tədbirin bukletləri paylandıqdan sonra, məktəbin direktoru Nazilə Əliyeva bu görüşün mahiyyəti, "Müəllim- şagird- valideyn ” üçbucağı haqqında söhbət açdı. Tədbirdə BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin metodisti Dilbər Məmmədova, məktəb müdiriyyəti, müəllimlər və valideynlər iştirak edirdilər. Daha sonra məktəbin müəllimləri: Məhsəti Rəhimova "Valideyn- övlad münasibətləri”, Samirə Xəlilova "Müəllim və valideynlər arasındakı münasibətlər”, Sofiya Allahyarova "Övladlarınıza deyə və deyə bilməyəcəyiniz 7 kəlmə”, Tacirə Axundova "Şagirdlərin tərbiyə və formalaşmasında ailənin və məktəbin müştərək rolu”, Kəmalə Zamanova "Uşaqların tərbiyəsində cəza tədbirləri”, Aynurə Məmmədova "Şagirdlərin bugünkü durumu haqqında” mövzusunda məruzələrlə çıxış etdilər. Məktəbin valideynləri sorğu-suallarda fəal iştirak etdilər, onları maraqlandıran suallar  cavablandırıldı.Tədbir müəllim,valideyn və şagirdlərin  valideynlər üçün hazırladıqları bədii çıxışlarla davam etdi.  Sonda məktəbin direktoru belə görüşlərin məktəb-valideyn əməkdaşlığının şagirdlərin naliyyətlərinə, məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət mənada təsir göstərəcəyinə və daha çox uğurlar əldə ediləcəyinə inandığını bildirdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi