A.S.PUŞKİNİN 220 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

Mayın 30-da məktəbin rus dili müəllimi Pur-Rıza Sevincin rəhbərliyi və 5,,Ç”, 6,,C”, 6,,Ç” sinif şagirdlərinin iştirakı ilə böyük rus şairi, yazıçı, dramaturqu, ölümsüz əsərlərin müəllifi Aleksandr Sergeeviç Puşkinin anadan olmasının 220 illiyinə həsr olunmuş “Nağıllara səyahət” ad tədbiri  keçirildi.

Şagirdlər öz çıxışlarını qəhrəmanların kostyumlarında təqdim edərək şairin həyat və yaradıcılığı, şeirlərinə həsr olunmuş bədii qiraətlər, səhnəciklər və rəqslər nümayiş etdirərək dinləyicilərin rəğbətini qazandılar. Tədbirdə məktəb müdiriyyəti, valideynlər, müəllim və şagirdlər iştirak edirdilər. Sonda məktəbin direktoru Nazilə Əliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi