BİRİNCİLƏR "RESPUBLİKA GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRDİLƏR

               24 mayda məktəbdə 28 may Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünə  həsr olunmuş tədbir 1"Ə”sinif şagirdlərinin iştirakı ilə sinif müəllimi Samirə İbrahimova tərəfindən təşkil etmişdir. Tədbirdə məktəb müdiriyyəti, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin əməkdaşı Roza xanım, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Respublika gününə həsr olunmuş şeirlərlə başladı. Şagirdlərin ifasında mahnı, şeir, nəğmələr dinlənildi, rəqslər ifa olundu. Şagirdlərin diqqətinə çatdırıldı ki, bu günü ona görə bayram edirik ki, 1918-ci il mayın 28-də ilk müstəqil dövlətimiz qurulub. İndi Azərbaycanımız çiçəklənən demokratik bir ölkəyə çevrilib. Ölkəmizdə uşaqların sağlam, bilikli, tərbiyəli böyümələrinə böyük diqqət yetirilir,  çünki bu balaca fidanlar bizim gələcəyimizdir.

               Tədbirin sonunda BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin əməkdaşı Roza xanım və məktəbin direktoru Nazilə xanım balaca fidanları Respublika günü münasibətilə təbrik edərək onlara diplomlar təqdim etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi