"BİRİNCİLƏRİK BİZ”BAYRAM ŞƏNLİYİ KEÇİRİLDİ

Məktəb həyatının pillələrində şagirdlərin ilk "Birincilərik biz” bayramı uşaqların yaddaşında həmişəlik qalan bayramlardan biridir. Cəmilə Rzayevanın rəhbərliyi ilə 1”E” sinfində 23 mayda keçirilən “Birincilərik biz” bayramı da həmişəlik onların yaddaşına yazıldı. Tədbir ilkin olaraq Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Azərbaycana, vətənə, torpağa həsr olunmuş şeirlərlə başladı. Məktəb müdiriyyətinin, valideynlərin, müəllim və şagirdlərin də iştirak etdikləri tədbirdə 1"E” sinif şagirdləri müxtəlif səhnəciklərlə bayrama rəng qatdılar. "Üç dost", "Pərilər" və "Məktəb ləvazimatları" adlı mini səhnəciklər şagirdlər tərəfindən nümayiş olundu. Müxtəlif rəqslər və mahnılarla zəngin olan tədbirin sonunda məktəbin direktoru Nazilə xanım və sinif rəhbəri Cəmilə Rzayeva birinci sinfi bitirmələri münasibəti ilə şagirdləri diplomlarla təltif etdilər. Onlara vətəni sevən və hər bir zaman onu qoruyan layiqli övladlar olmağı tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi