"NAĞILLAR ALƏMİ” ADLI TƏDBİR KEÇİRİLDİ

18 mayda məktəbin rus bölməsinin sinif müəllimi Ramella Murtuzayevanın təşkilatçılığı ilə 1 "A” sinif şagirdləri "Nağıllar aləmi” adlı tədbir keçirdilər. Tədbirdə məktəb müdiriyyəti, müəllimlər, valideynlər iştirak edirdi. Keçirilən tədbirdə şagirdlər həm istedadlarını, həm də bir ildə qazandıqları bacarıqlarını nümayiş etdirdilər. "Rəqəmlər”, "Bilməz”, "Buratino”, "Kiçik cadugər” nağıllarından səhnəciklər, gimnastika rəqsləri, mahni və şeirləri tədbirə rəngarənglik qatdı. Tədbirin sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Nərgiz Hüseynova şagirdləri təbrik edərək onları diplomlarla təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi