İMADƏDDİN NƏSİMİNİN - 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

15 mayda məktəbdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Fəaliyyət planına uyğun olaraq "İmadəddin Nəsimi-650” mövzusunda tədbir V-VII sinif şagirdləri və ADPU-nin ,,Filologiya” fakültəsinin IV kurs 411-ci qrup tələbələri Lamiyə Hüseynova, Məhəmməd Xankişizadə, Məryəm Məmmədli, Aytac Nəbiyeva, Leyla Qasımova tərəfindən təşkil edilmişdir. İştirakçılar öz çıxışlarında şairin qəzəllərinə həsr olunmuş bədii qiraətlər, səhnəciklər və "Nəsimi" filmindən parçalar nümayiş etdirərək dinləyicilərin rəğbətini qazandılar. Tədbirdə ADPU-nin müəllimi (Pedaqogika üzrə elmlər doktoru) Nabat Cəfərova, Nazim Məmmədov (metodist), müdiriyyət, müəllimlər, valideylər və şagirdlər iştirak edirdilər. Sonda məktəbin direktoru Nazilə Əliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi