ÜMUMMİLLİ LİDER H.ƏLİYEVİN 96 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ,,ŞƏN STARTLAR” İDMAN YARIŞLARINDA ŞAGİRD VƏ VALİDEYNLƏR İŞTIRAK ETDİ

11 mayda "Ümummilli Lider H.Əliyevin 96 illik yubileyi”nə həsr olunmuş "Şən startlar” idman yarışı məktəbin 3"C” sinif şagird və valideylərindən təşkil edilmiş "Zvezda” və ,,Lider” komandaları arasında keçirildi. Sinif müəllimi Samirə Xəlilova tərəfindən təşkil edilmiş bu estafet yarışları  şagird və valideynlər tərəfindən çox maraqla qarşılandı. Tədbirdə Olimpiya Mədəniyyəti və Təhsil proqramının ekspertləri Mərziyyə Axundova, Hüseyn Hüseynov, müdiriyyət, valideynlər iştirak edirdilər. Final mərhələsində komandalar arasında keçirilən yarış 5 hissədən ibarət idi. Bu yarışmada şagirdlər fiziki güc və bacarıqlarını nümayiş etdirərək, qələbə uğrunda mübarizə aparırdılar. Oyun sağlam rəqabət əsasında keçirilirdi. Yarışmaarası müddətdə şagirdlər öz musiqi təqdimatları ilə iştirakçılara dəstək oldular. Finalda "Lider” komandası I yerə, "Zvezda” komandası isə II yerə layiq görülərək münsiflər heyəti tərəfindən diplomlarla təltif edildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi