M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına ekskursiya təşkil edildi

08 mayda məktəbin 4 “E” sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxanada keçirilən Azərbaycan xalqının Ümummilli Lideri H.Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş tədbirdə və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev” adlı sərginin açılış mərasimində yaxından iştirak etmişlər. Eyni zamanda kitabxanada nümayiş olunan “İmadəddin Nəsimi – 650”, “9 may Faşizm üzərində qələbə günü”, “Qarabağın tacı Şuşa” sərgiləri  də böyük maraq doğurmuşdur. Şagirdlər böyük maraqla Milli Kitabxananın Nadir kitabları, muzeydə qorunan miniatür kitablar və Açıq Kitabxana ilə tanış olmuşlar. Məktəbin sinif müəllimi Bəturə Sanıyevanın rəhbərliyi ilə təşkil olunmuş bu ekskursiyadan şagirdlər xoş hisslərlə ayrılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi