ÜMUMMİLLİ LİDER H.ƏLİYEVİN 96 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ,,ŞƏN STARTLAR”İDMAN YARIŞI KEÇİRİLDİ

          10 mayda ,,Ümummilli Lider H.Əliyevin 96 illik yubileyi”nə həsr olunmuş ,, Şən startlar” idman yarışı məktəbin V sinif komandaları ,,Qartal” və ,,Şahinlər” arasında keçirildi.İdman müəllimi Naidə İsakova tərəfindən təşkil edilmiş bu estafet yarışı şagirdlər tərəfindən çox maraqla qarşılandı. Final mərhələsində ,,Qartal” və ,,Şahinlər” komandaları arasında keçirilən yarış 5 hissədən ibarət idi. Bu yarışmada şagirdlər fiziki güc və bacarıqlarını nümayiş etdirərək, qələbə uğrunda mübarizə aparırdılar.Oyun sağlam rəqabət əsasında keçirilirdi. Yarışmaarası müddətdə şagirdlər öz musiqi təqdimatları ilə iştirakçılara dəstək oldular.Finalda ,,Qartal” komandası I yerə, ,,Şahinlər” komandası isə II yerə layiq görülərək münsiflər heyəti tərəfindən diplomlarla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi