Məktəblilərarası I fənn müsabiqəsinin qalibləri

Bakı, 15 yanvar, İbrahim Əsədov, AZƏRTAC Yanvarın 15-də “Park İnn” otelində Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Məktəblilərarası I fənn müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimi olub.AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışıb.İstedadlı şagirdlərin aşkara çıxarılmasında olimpiadaların və fənn müsabiqələrinin mühüm rolunu qeyd edən C.Bayramov bildirib ki, həmin şagirdlərlə işin düzgün qurulması üçün məktəblərə lazımi dəstəyin göstərilməsi 2015-ci ildə nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq. Nazir müavini təhsildə beynəlxalq təcrübələrdən səmərəli istifadə olunmasının vacibliyini də xatırladıb.Milli Məclisin deputatı Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə xüsusi önəm verdiyini bildirib. Təhsil sahəsində reallaşdırılan proqram və layihələrin bu sahənin inkişafında xüsusi rolunu vurğulayan F.Muradov müsabiqə qaliblərini təbrik edib, uğurlar arzulayıb.Təhsil Nazirliyinin nümayəndəsi Emin Əmrullayev fənn müsabiqəsi barədə məlumat verib. Qeyd olunub ki, müsabiqə riyaziyyat və təbiət elmləri (kimya, biologiya, fizika) üzrə iki istiqamətdə aparılıb. Məktəblər müsabiqəyə riyaziyyat fənni üzrə VI, VII və VIII, təbiət elmləri üzrə isə VII, VIII və IX siniflərin hər birindən üç nəfər olmaqla doqquz nəfərlik komandalarla qatılıblar. Üç mərhələdə aparılan bu bilik yarışında 600-dək şagird iştirak edib.Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin müxtəlif fənlərə olan maraqlarının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.Sonra qaliblər mükafatlandırılıblar.Fərdi qaydada riyaziyyat, kimya, fizika və biologiya fənləri üzrə I, II və III yerləri tutan şagirdlərə diplom və medallar, hər fənn üzrə ilk onluğa düşən şagirdlərə isə hədiyyələr təqdim olunub.Komanda hesabında riyaziyyat və təbiət elmləri üzrə I, II və III yerləri tutan ümumi təhsil müəssisələrinə kubok verilib.http://azertag.az/xeber/824865http://azertag.az/xeber/Mekteblilerarasi_I_fenn_musabiqesinin_qalibleri_mukafatlandiriliblar-824865
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi