III SİNİF KOMANDALARI ARASINDA ESTAFET İDMAN YARIŞI KEÇİRİLDİ

       30 apreldə ,,Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində məktəbin III sinif şagirdləri arasında ,,Şən startlar” idman yarışı keçirildi. Yarışa dəvət olunan qonaqlar OCEP-2019 ekspert qrupu: Asəf Mehdiyev, Sevda Quliyeva, Mərziyyə Axundova, BŞTİ Təlimə Dəstək Mərkəzinin əməkdaşı Rövşən Qasımov və Xətai rayon Gənclər və İdman İdarəsinin müdir müavini Zemfira Əmirbəyova da bu idman tədbirində iştirak edirdilər. İdman müəllimləri Vasif Əkbərov və Lyubov Komarova tərəfindən təşkil edilmiş bu estafet yarışı balaca fidanlar tərəfindən çox maraqla qarşılandı. Final mərhələsində 3,,A”, 3,,Ç”, 3,,D”, və 3,,Ə”  sinif komandaları arasında keçirilən yarış 5 hissədən ibarət idi. Bu yarışmada  şagirdlər fiziki güc və bacarıqlarını nümayiş etdirərək, qələbə uğrunda mübarizə aparırdılar.Yarış məktəbin müəllim heyətinin münsifliyi ilə müşayiət olunurdu.Oyun sağlam rəqabət əsasında keçirilirdi. Yarışmaarası müddətdə şagirdlər öz musiqi təqdimatları ilə iştirakçılara dəstək oldular.Finalda 3,,Ə”sinif komandası I yerə, 3,,A” sinif komandası II yerə və 3,,D” sinif komandası isə III yerə layiq görülərək münsiflər heyəti onlara  diplom və medallar təqdim edərək onları təbrik etdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi