MƏKTƏBDƏ İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ŞEİR MÜSABİQƏSİ KEÇİRİLDİ

    29 apreldə məktəbdə ,,Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş məktəbdaxili şeir müsabiqəsi keçirildi.Müsabiqə metodbirləşmə sədri Kəmalə Zamanovanın rəhbərliyi ilə VII-X sinif şagirdləri arasında  təşkil edilmişdir. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş müsabiqədə 17 nəfər şagird iştirak edirdi.Müsabiqədə 7,,E” sinif şagirdləri Qasımova Xədicə, Məmmədli Mehriban, 8,,D”sinif şagirdləri İsmayılova Nigar,Zeynalova Telli,Qarayeva Nərmin və 10,,D” sinif şagirdi İsazadə Rahil məktəbdaxili mərhələdə birinci yerə layiq görülərək rayon mərhələsində iştirak etmək hüququ qazandılar. Onlar öz maraqlı və gözəl bədii qiraətləri ilə dinləyicilərin və münsiflərin rəğbətini qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi