RESPUBLİKA ÇOXNÖVÇÜLÜK YARIŞLARINDA KOMANDAMIZ III YERƏ LAYİQ GÖRÜLDÜ

25-26 aprel tarixlərində AR Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Göy-Göl rayonuda yerləşən Olimpiya kompleksində  Respublika çoxnövçülük  yarışları keçirilmişdir.Yarışlarda finala vəsiqə qazanmış şəhər və rayon ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları iştirak edirdilər.Yarışda   5 nəfərdən ibarət olan komandalar proqramda nəzərdə tutulan -100m və  2000m məsafəyə qaçış,atıcılıq,turnikdə dartınma və üzgüçülük yarış növlərində öz güclərini sınamışlar. Məktəbimizin oğlanlardan ibarət komandası yarışda fəal iştirak edərək şəhərlərarası III yerə layiq görülmüşlər. 29 aprel tarixində məktəb müdiriyyətinin təşkil etdiyi təltif mərasimində komanda üzvləri 11,,A” sinif şagirdi Bəxtiyarlı Bəhrəm, 11,,B” sinif şagirdləri Muxtarlı Əli, Bədəlov Kənan, Balyanin Nikita, 11"Ç" sinif şagirdi Nəsibov Kənan  və Bakı şəhər Gənclər və İdman Baş idarəsinin əməkdaşları Salman Abdulov və Cəlil Əlizadə iştirak edirdilər.Qonaqlar Respublika çoxnövçülük yarışlarında Bakı şəhərini uğurla təmsil etdiklərinə görə yarış iştirakçılarını təbrik edərək onlara uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi