"POLİATLON" ÇOXNÖVÇÜLÜK ÜZRƏ YARIŞ KEÇİRİLDİ

          16 apreldə İdman Akademiyasının stadionunda, Bakı şəhəri üzrə orta ümumtəhsil məktəbləri arasında XXXI Spartakiyada çərçivəsində "Poliatlon" çoxnövçülüyü üzrə oğlanlardan ibarət komandalar arasında yarış keçirilmişdir. Yarışda X-XI sinif şagirdlərindən ibarət komandalar iştirak etmişlər. Məktəbimizin oğlanlardan ibarət komandası yarışda fəal iştirak edərək I yerə layiq görülmüşdür. Məktəbdə aprelin 24-də keçirilən təltif mərasimində Bakı şəhər Gənclər və İdman Baş idarəsinin əməkdaşları Salman Abdulov və Cəlil Əlizadə yarış iştirakçılarını təbrik edərək, onları Göy-Göl rayonunda keçiriləcək Respublika çoxnövçülük yarışlarında uğurla Bakı şəhərini təmsil etməyi arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi