MƏKTƏBDƏ ,,OXU GÜNÜ”NƏ HƏSR OLUNMUŞ BƏDİİ QİRAYƏT TƏŞKİL OLUNDU

      23 apreldə  “Oxu günü”nə həsr olunmuş bədii qirayət  tədbiri keçirilmişdir.

      Təhsil Nazirinin əmrinə əsasən, hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla keçirilən kütləvi “Oxu günü”nə həsr olunmuş bədii qirayət tədbirini kitabxana əməkdaşları Sevil Qurbanova və Sevil Məmmədova VII-IX sinif şagirdlərinin iştirakı ilə təşkil etmişlər. Məktəblilər kitabxana ilə tanış oldular, oxu və qiraət zalını gəzdilər. Kitabların çoxluğu, orada olan səliqə-səhman, müxtəlif rəsmlər uşaqların diqqət və marağını özünə cəlb etdi. Rəflərdə yerləşən kitablara baxdılar. Kitabxanaçılar şagirdlərə kitab aləmindən maraqlı məlumatlar verdi. Gələcəkdə şagirdlərin məktəb kitabxanasından necə səmərəli istifadə edə biləcəkləri haqda söhbət açdılar. Məktəb kitabxanasında keçirdikləri bir neçə saatdan məktəblilər çox razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi