MƏKTƏBİMİZ H.ƏLİYEV MƏRKƏZİNİN PARKINDA “OXU GÜNÜ”NDƏ İŞTİRAK ETDİ

21 apreldə Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyinin  birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında ,,Oxu günü”nə həsr olunmuş  tədbir keçirilmişdir.

Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Bakı şəhərinin 40-dan artıq ümumtəhsil məktəb və  liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqların iştirakı ilə bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim edilmiş, intellektual yarışlar və fləşmob keçirilmişdir.

İştirakçılar arasında  məktəbimiz də iştirak edirdi. Məktəbimizin 8-9–cu sinif şagirdlərinin, Şah İsmayıl Xətainin ,,Dəhnamə” poeması əsasında hazırladığı kompozisiya gözəl tərtibatı və maraqlı səhnə dekorasiyası ilə seçilirdi. Məktəbimizin istedadlı şagirdlərinin təqdim etdiyi kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi