MƏKTƏBDƏ “OXU GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

 

19 apreldə məktəbdə “Oxu günü”nə həsr olunmuş vətənpərvərlik mövzusunda tədbir keçirildi. Ədəbi-bədii kompozisiya Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan 3,,D” sinif şagirdlərinin iştirakı və sinif müəllimi Məhsəti Rəhimovanın rəhbərliyi ilə təşkil edilmişdir. Bədii kompozisiyada  şagirdlərin ifasında vətənpərvəlik mahnıları, rəqslər, milli nağıllar əsasında hazırlanmış səhnəcik və  şeirlər səsləndi.

Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Balaca fidanlar Azərbaycan xalq nağılları əsasında hazırladığı kompozisiya gözəl tərtibatı və maraqlı səhnə dekorasiyası ilə seçilirdi. Məktəbimizin istedadlı şagirdlərinin təqdim etdiyi kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənildi. Tədbirin sonunda məktəb direktoru Nazilə Əliyeva balaca fidanları təbrik edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi