XALQ TƏHSİLİ MUZEYİNƏ EKSKURSİYA

     16 apreldə məktəbin  8,,A” sinif şagirdləri tarix müəllimi Zümrüd Abutalbovanın rəhbərliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi daxilində yerləşən Xalq Təhsili Muzeyində ekskursiyada oldular. Burada şagirdlər Azərbaycan təhsil tarixi və onun inkişaf mərhələləri, bu sahədə böyük xidmətləri olan maarif, elm və dövlət xadimlərinin fəaliyyəti, qabaqcıl müəllimlərin və təhsil müəssisələrinin iş təcrübəsini əks etdirən materiallar, təhsilimizin dünəni və bu günü haqqında  geniş məlumatlarla tanış edildi. Həmçinin Ulu Öndər Heydər Əliyevin təhsilimizdəki rolundan danışıldı. Muzeydə həmin şəxslərin əsərlərindən maraqlı sərgilər bələdçi tərəfindən nümayiş olundu. Şagirdlərimiz sərgidən xoş təəssüratlarla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi