MƏKTƏBDƏ ,,ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜ”NƏ HƏSR OLUNMUŞ BƏDİİ QİRAYƏT AÇIQ HAVADA TƏŞKİL OLUNDU

  23 apreldə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş bədii qirayət açıq havada ədəbiyyat müəllimi Pərizad Həmzətova IX,,E” sinif şagirdlərinin iştirakı ilə təşkil edildi. YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir (1564-1616), Migel de Servantes (1547-1616) və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir.

Kitablara və müəlliflərə ehtiram məqsədi ilə təsis olunan Beynəlxalq Kitab və Müəllif Hüquqları günü həm də hamını, xüsusilə də gəncləri mütaliədən zövq almağa, bəşəriyyətin sosial və mədəni inkişafında əməyi olmuş sənətkarların əvəzsiz irsinə hörmətlə yanaşmağa çağırış günüdür.Məktəbliləri maraqlandıran suallar cavablandırıldıvə bu tədbirdən məktəblilər çox razı qaldılar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi