VIII VƏ IX SİNİF ŞAGİRDLƏRİNİN VALİDEYNLƏRİ İLƏ MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLDİ

“Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” Azərbaycan Respublikasının Prezidentinin 07 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.3-cü bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması,və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə qaydası”ndan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə 17 nömrtəli tam orta məktəbin VIII və İX sinif valideynləri ilə ,,Reproduktiv sağlamlıq”mövzusunda maarifləndirici söhbət təşkil edildi.Məktəbin direktoru Nazilə Əliyeva valideynlərin nəzərinə çatdırdı ki,bu təlimin əsas məqsədi valideynlərlə birgə uşaqların təhsili və tərbiyəsinə aid problermlərin həlli yolarını axtarıb tapmaqdır.Həmçinin valideynlərin maarifləndirilməsi,onların sinfin həyatında iştiraka stimullaşdırmaq,şagirdlərin tərbiyəsinə görə məsuliyyət hissini artırmaqdır.Müzakirə edəcəyimiz suallar belədir:Valideynlər və onların övladları yeniyetməlik dövrü böhranını necə qarşılamalıdırlar? Bu böhran zamanı münasibətləri, qarşılıqlı anlaşmanı və inamı necə qorumaq lazımdır? Yeniyetmələrlə reproduktiv sağlamlıq, əks cinslər arasında münasibətlər, sevgi, dostluq barədə necə danışmaq lazımdır? Bu  mövzular haqqında valideynlərə geniş məlumat verildi və bu mövzular ətrafında müzakirələr aparıldı.Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı və mövzuya həsr olunmuş videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi