,,UŞAQLARDA NEVROZ VƏ PXİXİ POZUNTULAR ”MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SÖHBƏT TƏŞKİL EDİLDİ

  23 apreldə 17 nömrəli tam orta məktəbdə“Uşaqlarda nevroz və psixi pozuntular” mövzusunda 9,,E” sinif şagirdləri ilə məktəbin həkimi Xədicə Dosiyeva maarifləndirici söhbət təşkil etdi.Söhbət zamanı “ Uşaqlarda nevroz və psixi pozuntular ” haqqında şagirdlərə geniş məlumat verildi.Hazırlanmış prezentasiya və videoçarxlar şagirdlər tərəfindən maraqla qarşılandı.Söhbət zamanı müzakirələr aparıldı, fikir mübadiləsi edildi. Nevroz ən çox hallarda xəstənin zehni fəaliyyətinin enməsinin, fiziki dözümünün və məhsuldarlığının azalmasının, əmək qabiliyyətinin pisləşməsinin səbəbi olur.Bundan əlavə, nevrozun inkişaf etməsi xəstədə açıqaşkar xasiyyətin mənfi cəhətinin ifadə olunmasına: münaqişələrə meyyliyə, tez qıcıqlanmaya, təcavüzkarlığa gətirib çıxarır ki, onun nəticədə cəmiyyətdə təmaslarının məhdudlaşmasına və sosial qruplarda əlaqələrinin pisləşməsinə səbəb olur. Vaxtında və ya düzgün aparılmamış müalicə nəticəsində nevroz psixotik pozuntulara çevrilə bilər ki, bunlar üçün də xəstənin şəxsiyyətinin strukturunun dəyişiklikləri xarakterik olur. Nevroz sərhəd xəstəliyi hesab olunur və onun müalicəsi ilə həm nevropatoloqlar, həm də psixoterapevtlər məşğul ola bilərlər. Bununla belə, nevrozun daha dərinləşmiş formalarının müalicəsi ilə psixoterapevtlərin məşğul olması məsləhətdir.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi