Xocalı faciəsinə həsr olunan tədbir keçirildi

Xətai rayon 17 saylı tam orta məktəbdə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb. Məktəbin foyesində Xocalı soyqırımı ilə bağlı foto, kitab, referat,divar qəzetləri və çap materiallarından ibarət sərgi təşkil edilib.Faciyəyə aid bədii kompozisiya göstərilib. Kompozisiyada 6-7 sinif şagirdləri iştirak edib.Bildirilib ki, XX əsrin faciəsi olan - Xocalı soyqırımı terroru rəsmi dövlət siyasətinə çevirən Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə qətlə yetiriblər.V.Nağıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılmasına nail olub. Beynəlxalq birliyin bu vandalizmə siyasi və hüquqi qiymət verməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət konkret faktlarla diqqətə çatdırılıb.Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan və uğurla reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərə, bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımının tanınması ilə bağlı qəbul olunan qətnamələrə diqqət çəkilib.Daha sonra Xocalı soyqırımına dair sənədli film nümayiş etdirilib.10 - cu sinif şagirdləri ilə “Ana fəryadı” abidəsinə ziyarət edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi