APREL DÖYÜŞLƏRİNƏ HƏSR EDİLMİŞ SİNİF TƏŞKİLAT SAATLARI KEÇİRİLDİ

Aprelin 4-də məktəbdə 1,,A”, 1,,G”, 2,,A”, 2,,B”, 2,,Ə”,  4,,A”, 4,,C”, 4,,D”, 4,,E”  və s. siniflərdə “Vətənimizin qəlbinə dəyən yaralar”  başlığı altında keçirilən dərslərdə şagirdlər qədimdən bugünə kimi vətənimizin başına gətirilən bəlalar, azadlığımız uğrunda çəkilən əziyətlər və şəhidlərimiz haqqında mütəmadi məlumatlandırılır, onları vətənpərvər ruhda böyütmək üçün təşkilat saatlarına geniş yer ayrılır. Bugün keçirilən təşkilat saatı Aprel döyüşlərindəki uğurlarımıza həsr olunmuşdur. Şagirdlərə bu haqda qısa məlumat verildi, videoçarxlar göstərildi. Şagirdlər işğal olunmuş rayonlarımız haqqında fikirlər səsləndirməklə yanaşı şəhidlər haqqında şeirlər və tanıdıqları şəhidlərin adlarını səsləndirdilər. Sonda Azərbaycanın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi